Cəbhədə yenə atəş səsləri eşidildi
24 Sentyabr 2014 Çərşənbə 10:28
Ermənilər dünən və bu gecə bir neçə istiqamətdə Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən xəbərə görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.
DOSTLARINLA PAYLAŞ: