Cəbhədə bu gün şəhid olanların sayı 5-ə çatıb
02 Avqust 2014 Şənbə 10:27
Cəbhədə şəhid olanların sayı 5-ə çatıb. Lakin hələlik onun adı bəlli deyil. Atışma zamanı 8 əsgərimiz yaralanıb.
Bu gecə saat 03:00 radələrindən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Milli Ordusunun mövqeyləri atəşə tutulub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ermənilər Ağdamın işğal altında olan Güllücə kəndi ərazisindən mövqeylərimizi iriçaplı silahlardan intensiv olaraq atəşə tutublar. Atışma saat 05:00-a qədər davam edib.
Milli Ordumuzun əsgərləri düşmən tərəfi cavab atəşilə susdura bilib.
Bölgə müxbirimizin məlumatına görə, cəbhədə şəhid olanların sayı 5-ə çatıb. Lakin hələlik onun adı bəlli deyil. Atışma zamanı 8 əsgərimiz yaralanıb.
Xatırladaq ki, Bu gecə ermənilər Ağdam-Ağdərə istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara növbəti dəfə basqın etməyə cəhd göstəriblər. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib.
Düşmən təxribatı zamanı, onun hücumunun qarşısını alarkən Silahlı Qüvvələrimizin bölmələri itki verib.
Həlak olan hərbi qulluqçular:
- gizir Əliyev Pərvin Səlahəddin oğlu;
- kiçik gizir Hüseynov Rahil Əfsər oğlu;
- kiçik gizir Əhmədov Elçin Rasim oğlu;
- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Quliyev Sərxan Qeyrət oğlu.
Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.
DOSTLARINLA PAYLAŞ: