Cəbhə xəttində yenə gərginlik baş verib
06 Sentyabr 2014 Şənbə 10:05
Cəbhə xəttində yenə gərginlik baş verib. Erməni silahlı bölmələri dünən və bu gecə atəşkəsi pozub.
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Baş Qərvənd, Sarıcalı, Şuraabad kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar