Cəbhə xəttində şəhid olan hərbçimiz torpağa tapşırılır
20 İyun 2010 Bazar 14:50
Mübariz İbrahimov doğulduğu Biləsuvar rayonunda dəfn ediləcək.
Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını alarkən döyüş rəşadəti nümayiş etdirərək şəhid olan Azərbaycan Ordusunun hərbçisi Mübariz Ağakərim oğlu İbrahimov bu gün doğulduğu Biləsuvar rayonunda torpağa tapşırılır.
Qeyd edək ki, erməni silahlı qüvvələri Tərtərin Çaylı istiqamətində, Ağdamın işğal altındakı Yusifcanlı kəndindən Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli və Mirzəhaqverdilər kəndləri və həmin yaşayış məntəqələri ərazisindəki mövqelərimizi intensiv atəşə məruz qoyub. Nəticədə bir hərbçimiz şəhid olub. Ermənistan tərəfinin yaydığı rəsmi məlumata görə isə, Azərbaycan Ordusunun həmin istiqamətdə açdığı atəş nəticəsində 4 erməni hərbçisi ölüb, bir o qədər əskər yaralanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: