Cəbhə xəttində Ermənistan əsgəri məhv edilib
19 İyun 2012 Çərşənbə Axşamı 00:16
Hadisə Azərbaycanın işğal altındakı ərazilərində baş verib.
Ötən gün Azərbaycanın işğal altındakı ərazilərində Ermənistan ordusunun əsgəri məhv edilib. ANS PRESS-in News.am-a istinadən verdiyi məlumata görə, faktı Dağılq Qarabağ separatçı rejimi təsdiqləyib.

Nazirliyin yaydığı məlumata görə, ötən gün saat 08.25-də təsmas xətində baş vermiş atışma zamanı Ermənistan ordusunun 19 yaşlı əsgəri Aram Gülnazaryan yaralanıb. O, hospitala aparılarkən yolda ölüb. Amma separatçı rejim hadisənin Azərbaycanın işğal altındakı hansı ərazisində baş verdiyini açıqlamayıb.

Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə cəbhənin Tərtər istiqamətində baş verib. Yaralı əsgər Əfəndiyev Rəcəb Surxay oğlu hospitala yerləşdirilib. O, Ağstafa rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar