Cavid Məmmədov ermənilərə girov düşdü
06 Sentyabr 2014 Şənbə 14:27
Sentyabrın 5-də Cavid Samiroğlu Məmmədov adlı bir Azərbaycan vətəndaşı təmas xəttini keçib və nəticədə girov götürülüb.
Ermənilər Azərbaycan vətəndaşını girov götürüblər.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Erməni tərəfinin yaydığı məlumatda qeyd olunub ki, sentyabrın 5-də axşam saatlarında Cavid Samiroğlu Məmmədov adlı bir Azərbaycan vətəndaşı təmas xəttini keçib və nəticədə girov götürülüb.

Onun barəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinə məlumat verildiyi bildirlir.

ANS PRESS-ə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidməti bildirdi ki, "Belə bir fakt var, hazırda bununla bağlı araşdırma aparılır".


DOSTLARINLA PAYLAŞ:

oyunlar