Bütün Qafqazın şeyxi Van zəlzələsindən zərər çəkən ailələri ölkəmizə gətirəcək
19 Noyabr 2011 Şənbə 18:45
Artıq Hacı Allahşükür Paşazadə bununla bağlı Türkiyə hökumətinə və Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edib.
Qafqaz Müsəlmanları Idarəsinin sədri, bütün Qafqazın şeyxi Şeyxülislam Hacı Allahşükür Paşazadə ANS-ə müsahibəsində Vanda zəlzələdən zərər çəkən 2 ailəni öz himayəsinə götürməsi ilə bağlı Türkiyə hökumətinə və Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciət etdiyini bildirib. 90-cı illərdə Qarabağdan olan məcburi köçkünləri və Özbəkistandan qaçqın düşən Axıska türklərini də himayə etdiyini deyən şeyx, indi də zəlzələdən zərər çəkən ailələri Azərbaycana gətirib, burada onlara himayə edəcəyini açıqlayıb.

“Mən həm Xarici İşlər Nazirliyinə, həm də Türkiyənin Azərbaycandakı səfirliyinə bu məsələ ilə bağlı müraciət məktubu göndərmişəm. Düşünürəm ki, biz bu şəkildə bir daha bir-birimizə olan qardaşlığımızı göstərə bilərik. İstərdim ki, mənə baxıb bəzi imkanı olan insanlar burada və ya orada onlara kömək etmək üçün çalışmalıdırlar”, deyə şeyx bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar