Bulgartransgaz iki marşrut hazırlayır
13 Avqust 2010 Cümə 17:00
Bolqarıstan təbii qazın təqribən 50 faizini Azərbaycandan qaz satışı hesabına təmin edə bilə.
Bolqarıstanın “Bulgartransgaz” Dövlət Şirkəti (“Bulgargaz”ın törəmə şirkəti) ölkəyə qaz göndərilməsi üçün iki marşrut hazırlayır. Bu marşrutlardan birinin Türkiyə ərazisindən, digərinin isə Qara dənizdən keçməsi nəzərdə tutulur. Bolqarıstan KİV-nin yaydığı məlumatda deyilir ki, Bolqarıstan bu ölkədə istehlak edilən təbii qazın 50 faizə qədərini Azərbaycandan qaz satışı hesabına təmin edə bilər.

“Bulgartransgaz” şirkətinin direktoru İvan Drenoviçkinin sözlərinə görə, layihənin həyata keçirilməsi ən tezi 2013-cü ildə başlanacaq.

Xatırladaq ki, avqustun 10-da Bakıda Bolqarıstan-Azərbaycan işçi qrupunun görüşü olub. Ekspertlər “Bulgartransgaz”ın, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və Statoyl, BP və Total şirkətlərinin simasında “Şahdəniz” konsorsiumunun iştirakı ilə Bolqarıstana sıxılmış təbii qazın çatdırılması variantlarını müzakirə ediblər. Zəruri infrastruktur obyektləri inşa ediləndən sonra Bolqarıstan ildə 2 milyard kubmetr təbii qaz alacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar