Bu ilki Həcc ziyarətinin başlanma tarixi açıqlanıb
25 Aprel 2013 Cümə Axşamı 12:01
3250 manatlıq xidmət üçün artıq limit dolub.
Azərbaycandan bu il Həcc ziyarətinə gedən zəvvarların səfəri Qurban Bayramı ərəfəsində - oktyabr ayından başlayacaq. Qafqaz Müsəlmanları İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, artıq ziyarət üçün zəvvarlara təklif olunan 3250 manatlıq xidmət üçün limit dolub.

4100 manatlıq digər xidmət variantında isə limitin nə vaxt dolacağı məlum deyil.

Xatırladaq ki, Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarların qalacaqları otellərdən asılı olaraq qiymətlər iki variantda təqdim olunur. Həcc ziyarəti zamanı ümumi ziyarət xərci 3250 manata başa gələn zəvvarlar hotellərdə 8 nəfərlik otaqda, ümumi xərci 4100 manata başa gələnlər isə 4 nəfərlik otaqda yerləşəcəklər. Hər iki halda hotel tərəfindən zəvvarlara gündə iki dəfə yemək veriləcəyi bildirilir.

Bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlar üçün kvota 1400 nəfərdir və Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu QMİ tərəfindən fevralın 1-dən qəbul edilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar