Bu il Həcc mərasimində 2,8 milyon zəvvar iştirak edib
18 Noyabr 2010 Cümə Axşamı 14:30
Onların 1 milyon 799 min nəfəri əcnəbi vətəndaşlardır
2010-cu ilin Həcc mərasimində təqribən 2 milyon 800 min zəvvar iştirak edib. ANS PRESS-in Səudiyyə Ərəbistanı Krallığının Baş Statistika İdarəsinə istinadən verdiyi xəbərə görə, mərasimdə iştirak edənlərin 1 milyon 799 min nəfəri xarici, qalan 989 min nəfəri isə krallıq vətəndaşları və digər müsəlman ölkələrinin burada yaşayan vətəndaşları olub.
Xatırladaq ki, Azərbaycandan Həcc ziyarətinə ümumilikdə 46 avtobus və 4 təyyarə reysi ilə 2000 nəfər yola düşüb. Həcc ziyarətinə gedən zəvvarlardan biri Suriyada, digəri isə Məkkədə dünyasını dəyişib. Bir nəfər isə psixi xəstəliyə tutulduğu üçün Suriyada xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı Abdulla bin Əbdül Əzizin sərəncamına görə, ziyarəti başa vurduqdan sonra vətənlərinə qayıdacaq zəvvarların hər birinə hədiyyə qismində Quran nüsxələri veriləcək.
DOSTLARINLA PAYLAŞ: