Bu il Asiya İnkişaf Bankı Azərbaycanla əməkdaşlıqda yeni strategiyanı müəyyənləşdirəcək
03 Yanvar 2012 Çərşənbə Axşamı 11:22
Beş ili əhatə edəcək strategiyanın bu ilin axırlarında razılaşdırılması gözlənilir.
Bu il Asiya İnkişaf Bankı (AİB) Azərbaycan ilə əməkdaşlıqda yeni strategiyanı müəyyənləşdirəcək.Bu barədə qurumun Azərbaycan üzrə nümayəndəsi Olli Noroyono məlumat verib. O, bildirib ki, hazırda AİB Azərbaycan Hökuməti ilə danışıqlar mərhələsindədir. Hazırlanmış təkliflər paketi əsasında yekun sənəd tərtib ediləcək.

O.Noroyono deyib ki, strategiya hazırlanarkən vacib məqam ölkənin maraqlarıdır və bunlar mütləq nəzərə alınacaq.

Beş ili əhatə edəcək strategiyanın bu ilin axırlarında razılaşdırılması gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar