Bu gün və sabah Bakının bəzi ərazilərinə su verilməyəcək
28 Aprel 2012 Şənbə 11:50
Bu, yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri ilə bağlıdır.
Bakı şəhəri Nərimanov rayonu Xətai prospektində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bununla əlaqədar aprelin 28-29-da paytaxtın Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə (M.Qaşqay, C.Hacıbəyli, Təbriz küçələrinə, Xətai prospektinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar