Bu gün Nobel sülh mükafatının laureatı elan ediləcək
08 Oktyabr 2010 Cümə 02:35
Mükafata ən real namizədlər arasında Azərbaycandan olan jurnalist Məlahət Nəsibovanın da adı çəkilir.
Bu gün Norveç Nobel Komitəsi Osloda 2010-cu il üçün Nobel sülh mükafatının sahibini elan edəcək. Bu il mükfatlandırma tarixində ilk dəfə namizədlərin siyahısı olduqca uzundur-237 nəfər. Namizədlərdən 38-i ictimai v əvə beynəlxalq təşkilatlardır.

Norveç Sülh problemlərinin araşdırılması İnstitutunun (PRİO) direktoru Kristian Berq Harpvikenin proqnozuna görə, mükafata ən ciddi namizəd Əfqanıstanlı həkim və hüquq müdafiəçisi, Əfqanıstanın insan hüquqları üzrə müstəqil komissiyasının sədri Sima Samardır. İnstitut direktoru ikinci yerə qeyri-kommersiya agentliyi olan DVB-ni ( “Birmanın demokratik səsi”, “Democratic Voice of Burma”) qoyub. Agentliyin jurnalist və şərhçiləri Osloda işləyirlərlər və Myanmada çalışan müxbirlərin materiallarını yayırlar. Kristian Berq Harpvikenin üstünlük verdiyi namizədlər arasında Syerra-Leon üzrə xüsusi məhkəmə üçüncüdür. Analitik hesab edir ki, Nobel Komitəsinin üzvləri ötən il olduğu kimi bu dəfə də ABŞ prezidenti Barak Obamaya üstünlü verə bilərlər.

Norveçli analitik Azərbaycandan olan jurnalist Məlahət Nəsibovanı da Nobel mükafatına layiqli namizədlərdən hesab edir. O, Azadlıq” Radiosu və “Turan” informasiya agentliyinin Naxçıvandakı müxbiridir.

Qeyd edək ki, Nobel mükafatları dekabrın 10-da onun əsasını qoyan Alfred Nobelin vəfatının ildönümündə Stokholm və Osloda təqdim edilir. Ötən il Nobel sülh mükafatının laureatı ABŞ prezidenti Barak Obama olmuşdu. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar