Bu gün Naxçıvanla Ermənistanın təmas xəttində monitorinq keçiriləcək
16 İyun 2010 Çərşənbə 10:15
Müşahidə Babək rayonunun Aşağı Buzqov kəndi yaxınlığında aparılacaq.
Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus keçirəcək. Qarşı tərəfdə isə müşahidələri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri aparacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: