Bu gün ikinci – od çərşənbəsidir
28 Fevral 2012 Çərşənbə Axşamı 04:54
Ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün azar-bezarları yandırırlar.
Boz ayda qeyd edilən ikinci çərşənbə - od çərşənbəsidir. Ulu əcdadlarımızın əski bayramlarından biri olan Novruz yaradılışın mərhələlərini əks etdirən dörd ünsür - su, od, yel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəş ə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
DOSTLARINLA PAYLAŞ: