Bu gün Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başlayır
11 İyun 2010 Cümə 06:25
Şanxay Əməkdaşlıq Təşkilatına BMT-nın sanksiyaları altında olan ölkələrin daxil edilməsinə qadağaların qoyulacağı güman edilir.
Bu gün Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞOS) 10-cu sammiti öz işinə başlayır. Bu sammitdə ŞOS ölkələrinin rəhbərləri regional təhlükəsizlik, terrorizmlə mübarizə məsələləri eləcə də Əfqanıstan və Qırğızıstandakı vəziyyəti müzakirə edəcəklər. Sosial təhlükəsizlik nəticəsində Mərkəzi Asiyada sabitlik də sammitin əsas prioritet mözularından olacaq. Sammitin sonunda ŞOS-un digər beynəlxalq qurumlarla əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması eləcə də prezidentlərin digər ölkələrin ŞOS-a daxil olması məsələsinə yenidən baxacaqları gözlənilir.

Qeyd edək ki, ŞOS-da İran müşahidəçi olduğundan bu ölkə sammitə qatılmayacaq. Rusiya kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə isə, sammitdə yeni qaydaların tədbiqi də gözlənir. Belə ki, ŞOS-a BMT-nın sanksiyaları altında olan ölkələrin daxil edilməsinə qadağaların qoyulacağı güman edilir. Sammitlə əlaqədar Özbəkistanın paytaxtında sammitə hazırlıq işləri artıq yekunlaşıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar