Bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beştərəfli görüş keçiriləcək
17 İyul 2010 Şənbə 01:40
Elmar Məmmədyarov və Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olan həmkarlarının iştirakı ilə görüşəcək.
Bu gün Almatıda ATƏT ölkələri xarici işlər nairlərinin qeyri-formal sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı beştərəfli görüşün keçirilməsi planlaşdırılır. Görüşdə münaqişə edən ölkələrin nümayəndələri-Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Edvard Nalbandyan və Elmar Məmmədyarov, eləcə də ATƏT-in Minsk qrupunun həmsədri ölkələrin (ABŞ, Fransa və Rusiya) xarici siyasət idarələrinin rəhbərləri Hillari Klinton, Bernar Kuşner və Sergey Lavrovun iştirakı gözlənilir.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təqdim olunmuş Madrid prinsiplərinin yenilənmiş variantı ətrafında müzakirələrin aparlması nəzərdə tutulur. Bundan başqa, Rusiya tərəfi bi il iyinin 17-də Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşündə bir sıra təşəbbüslərlə çıxış edib. Rəsmi Bakı, təkliflərdə Laçın və Kəlbəcər istisna olmaqla digər işğal edilmiş Azərbaycan rayonlarının dərhal, Laçın və Kəlbəcərin isə beş il ərzində qaytarılması nəzərdə tutulur. Azərbaycan buna razılıq verib. Ermənistan tərəfi isə danışıqları uzatmaq üçün təkliflərə nəinki münasibət bildirir, hətta, bu barədə danışıqların mövcudluğunu inkar etməyə çalışır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: