Bu gün cəbhə xəttində monitorinq keçiriləcək
24 May 2010 Bazar Ertəsi 06:15
Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Goranboy rayonunun Borsunlu kəndinin cənub istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ofisinin koordinatoru İmre Palatinus, səhra köməkçisi Caslan Nurtazin və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi Tuncay Altuq keçirəcəklər. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç, Uilyam Proyor və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi Arman Akişev keçirəcəklər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar