Bu gün BMT Təhlükəsizlik Şurasının Azərbaycanın iştirakı ilə ilk iclası keçiriləcək
04 Yanvar 2012 Çərşənbə 02:16
Qurumun yaxın gələcək üçün əsas prioritetləri Suriyadakı iğtişaşlar və İranın nüvə məsələs olacaq.
Bu gün BMT Təhlükəsizlik Şurasının Azərbaycanın iştirakı ilə ilk iclası keçiriləcək. ANS PRESS-in məlumatına görə, Suriyadakı iğtişaşlar və İranın nüvə məsələsi Təhlükəsizlik Şurasının yaxın gələcəkdə əsas prioritetləridir. Azərbaycan BMT-dəki tərəfdarlarına əsas qlobal problemlərin həllində konstruktiv rol oynayacağını bildirib.
Yanvarın 1-dən etibarən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü səlahiyyətlərinin icrasına başlayıb. Ölkəmiz iki il müddətinə BMT TŞ-na qeyri-daimi üzv seçilib. Ötən il oktyabrın 21-də keçirilən səsvermə nəticəsində Qvatemala, Mərakeş, Pakistan və Toqo BMT TŞ-na qeyri-daimi üzv seçiliblər. Oktyabrın 24-də keçirilən səsvermə nəticəsində isə Azərbaycan 155 səs toplayaraq iki il müddətinə quruma qeyri-daimi üzv seçilib. Azərbaycan bu postda səlahiyyət müddəti 2011-ci il dekabrın 31-də başa çatmış Bosniya və Herseqovinanı əvəzləyib.
DOSTLARINLA PAYLAŞ: