Bu gün “Atatürkü Anma, Gənclik və İdman” bayramıdır
19 May 2010 Çərşənbə 06:30
Mayın 19-da Samsuna çatan Mustafa Kamal paşa (Atatürk) burda qurtuluş mücadiləsini başladıb.
19 may 1919-cu il Türkiyədə Milli istiqlal savavaşının başıadığı tarixdir. I Dünya müharibəsi başa çatdıqdan sonra Osmanlı dövlətinin bəzi əraziləri müttəfiq dövlətlər tərəfindən işğal edilmişdi. 1919-cu il 16 may tarixdə Mustafa Kamal paşa 36-ci Osmanlı padşahı IV Mehmet Vahdeddin tərəfindən İstanbuldan “Bandırma” gəmisi ilə Anadoluya göndərilir. Mayın 19-da Samsuna çatan Mustafa Kamal paşa (Atatürk) burda qurtuluş mücadiləsini başladıb.

Üç il davam edən mübarizədən sonra ölkə xarici qüvvələrdən xilas edilib və 1923-cü il oktyabrın 29-da Türkiyə Cumhuriyyəti elan edilib. Mustafa Kamal paşanın Samsuna çatma tarixi olan 19 may isə onun istəyi ilə hər il “Gənclik və İdman” bayramı kimi qeyd olunub.

1981-ci ildən bəri isə bu bayrama “Atatürkü Anma” günü də əlavə olnub. Bu gün, hər il rəsmi qaydada “Atatürkü Anma, Gənclik və İdman” bayramı kimi qeyd olunur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar