Bu, Ermənistanın işğalçı dövlət olduğunu göstərir
07 May 2011 Şənbə 19:30
Əli Əhmədov: “Ermənistan prezidenti işğal olunmuş ərazilərə səfər etməklə münaqişənin həllində qeyri-konstruktiv mövqeyini bir daha ortaya qoyur”.
Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağa səfər etməsi bir daha Ermənistanın işğalçı dövlət olduğunu göstərir. Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibi Əli Əhmədovun sözlərinə görə Ermənistan prezidenti işğal olunmuş ərazilərə səfər etməklə münaqişənin həllində qeyri-konstruktiv mövqeyini bir daha ortaya qoyur.
O bildirib ki, ATƏT-in Minsk qrupu, beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti də problemin ədalətli həll olunması üzərində öz fikirlərini cəmləşdirməkdədir: “Ümid edirəm ki, bu istiqamətdə səylər daha da artacaq. Bütün bu səylərə baxmayaraq, Ermənistan tərəfi açıq şəkildə qeyri-konstruktiv mövqedə olduğunu gizlətmək belə istəmir”.
Ə. Əhmədovun hesab edir ki, Serj Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi Ermənistanın tutduğu qeyri-konstruktivliyin ən bariz ifadəsidir. O, bildirib ki, qeyri-konstruktivlik nəticə etibarı ilə Ermənistanın mövqelərinin zəifləməsinə aparıb çıxarır: “Sarkisyanın Azərbaycanın işğal olunmuş torpaqlarına gəlməsi bir daha Ermənistanın işğalçı olduğu faktını açıq şəkildə ortaya qoyur”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: