BTC ilə neftin nəqli bərpa olunub
09 Dekabr 2010 Cümə Axşamı 15:30
Dünən axşamdan boru xəttinin Türkiyə hissəsindəki sızmanın qarşısı alınıb
Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə neftin nəqli bərpa olunub. Kəmərin əməliyyatçısı olan “BP-Azərbaycan” şirkətindən ANS PRESS-ə verilən məlumata görə, dünən axşamdan boru xəttinin Türkiyə hissəsindəki sızmanın qarşısı alınıb. Məlumata görə, artıq əvvəlki həcmdə bu istiqamətdə “qara qızıl” ixrac olunur.
Xatırladaq ki, kəmərin Türkiyənin Ərzurum yaxınlığından keçən hissəsinə qeyri-qanuni müdaxilə nəticəsində boru xəttində sızma baş verib. Buna görə də Türkiyə tərəfinin xahişi ilə kəmərə neftn vurulması müvəqqəti olaraq dayandırılıb. Amma bu qısamüddətli fasilə Azəri-Çıraq-Günəşli yataqlarından hasilata, eləcə də Ceyhan limanında tankerlərin neftlə yüklənməsinə heç bir təsir göstərməyib.
DOSTLARINLA PAYLAŞ: