Brüsseldə 28 May Respublika Günü qeyd edilib
02 İyun 2011 Cümə Axşamı 10:36
Azərbaycanın Belçika Krallığındakı Səfirliyi və NATO yanında nümayəndəliyi Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Brüsseldə 28 May Respublika Günü münasibətilə rəsmi ziyafət və caz konserti təşkil edib.
APA-nın məlumatına görə, qonaqları salamlayan Azərbaycanın Belçikadakı səfiri Emin Eyyubov Respublika Gününün əhəmiyyətindən danışıb, ilk demokratik respublikanın Şərqdə məhz Azərbaycanda qurulduğunu qeyd edib. E. Eyyubov bu il Azərbaycan xalqının ölkənin müstəqilliyinin bərpasının 20-ci ildönümünü də geniş qeyd etdiyini xatırladaraq, siyasi, iqtisadi və mədəni planda əldə olunmuş nailiyyətlər, bu yolda Heydər Əliyevin mühüm rolu barədə danışıb və onun uzaqgörən dövlətçilik siyasətinin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini mərasim iştirakçılarının diqqətinə çatdırıb.
Sonra qonaqlar pianoçu, caz ustası Emil Əfrasiyabın rəhbərliyi ilə musiqi qrupunun ifasında “İki dünya” proqramından Azərbaycan caz kompozisiyalarını dinləyiblər. Tədbirdə Belçika ictimaiyyətinin nümayəndələri, xarici ölkələrin səfirləri və təmsilçiləri, Azərbaycan və türk icmalarının nümayəndələri iştirak ediblər. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar