Britaniyanın Lordlar Palatasının üzvü Bakıya gəlir
23 Fevral 2010 Çərşənbə Axşamı 16:25
Məqsəd Dağlıq Qarabağ münaqişəsini müzakirə etməkdir
Böyük Britaniyanın Lordlar Palatasının üzvü, Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq qrupunun rəhbəri Viskont Ueyverli gələn ay Azərbaycana səfər edəcək. Ueyverli Bakıya səfəri barədə çərşənbə axşamı Qazaxıstanda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan olduqca mühüm ölkədir. “Azərbaycana səfərdə məqsədim Dağlıq Qarabağ problemi və Qazaxıstan xarici işlər naziri Kanat Saudabayevin Bakıya səfərinin yekunlarını müzakirə etməkdən ibarətdir”, - deyə Ueyverli qeyd edib.
O həmçinin bildirib ki, Saudabayevin Qafqazda olması Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün olduqca mühüm faktdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: