Britaniyanın Avropa məsələləri üzrə naziri Bakıya gəlib
20 Oktyabr 2010 Çərşənbə 10:55
Devid Lidinqtonu böyük nümayəndə heyəti müşayiət edir.
Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri, Britaniya parlamentinin üzvü Devid Lidinqton bu gün Azərbaycana rəsmi səfərə gəlib. Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, naziri səfər zamanı iş adamlarından ibarət böyük nümayəndə heyəti müşayiət edir.

Oktyabrın 22-dək davam edəcək səfər zamanı britaniyalı nazir Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, xarici işlər, iqtisadi inkişaf, nəqliyyat nazirləri, Azərbaycanın tanınmış iş adamları ilə görüşəcək.

D. Lidinqton Azərbaycan Dillər Universitetində “Azərbaycan və onun Avropada rolu” adlı məruzə ilə çıxış edəcək, müəllim və tələbələrin suallarını cavablandıracaq.

Səfərin məqsədi ikitərəfli əlaqələrin gücləndirilməsi, Britaniya və Azərbaycan iş adamları ünsiyyət qurulması, birgə fəaliyyət imkanlarının öyrənilməsidir.

Nazir səfər öncəsi bildirib ki, Azərbaycana ilk səfəri olmasına baxmayaraq, Britaniya-Azərbaycan əlaqələrinin tarixi köklərə söykənməsi barədə məlumatı var: “Mən bu münasibətlərin daha da inkişaf etməsini istəyirəm”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar