Britaniya-Azərbaycan parlament qrupu Qubaya səfər edəcək
29 May 2011 Bazar 14:46
Mark Fild: "Azərbaycanın böyük gələcəyi var".
"Azərbaycanın böyük gələcəyi var". Bunu jurnalistlərə müsahibəsində ölkəmizdə səfərdə olan Britaniya-Azərbaycan parlament qrupunun sədri Mark Fild deyib.
Mark Fild bildirib ki, Böyük Britaniya parlamentinin 6 üzvü ilə Azərbaycana 5 günlük səfərə gəlib.
"Bakıda müəyyən görüşlər keçirmişik. Məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olduq, cəbhə xəttində olmuşuq və bu gün də Qubaya səfər edəcəyik. Azərbaycan xalqının qonaqpərvərliyi, dərin tarixi kökləri bizi valeh etmişdir. Azərbaycanın çox böyük ümidli gələcəyi var. Xüsusilə də Bakıda iqtisadiyyatın sürətli inkişafının şahidi olmuşuq. Azərbaycanın gənc nəsli çox gözəl işıqlı bir gələcəkdə yaşayacaq", deyə parlamentari qeyd edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: