Braziliya Samsung firmasını mehkemeye verib
13 Avqust 2013 Çərşənbə Axşamı 23:53
Samsung firması işçileri yeterince fasile olmayan uzun növbelerde işletmekde günahlandırır.
Braziliya prokurorları Cənubi Koreyanın “Samsung” şirkətinə qarşı məhkəmə prosesinə başlayıblar. ANS PRESS-in məlumatına görə, prokurorluq şirkətin Amazoniyadakı nəhəng zavodunda əmək qanunvericiliyini pozub.
Müəssisəyə baş çəkmiş prokurorlar işçiləri yetərincə fasilə olmayan uzun növbələrdə işlətdiyinə görə şirkəti günahlandırırlar.
Manus şəhərinin prokurorluğundan bildirilir ki, bir fəhlənin sözlərinə görə, o, bir gündə üç min telefon qablaşdırıb.
DOSTLARINLA PAYLAŞ: