BP 72 saat ərzində yeni plan hazırlamalıdır
12 İyun 2010 Şənbə 22:35
BP 72 saat ərzində yeni plan hazırlamalıdır. Dəniz sularına qarışan neftin miqdarı deyilənlərdən 2 dəfə çoxdur.
Meksika körfəzində neft platformasının batması nəticəsində dəyən ziyanı aradan qaldırmaq üçün Birləşmiş Ştatlar Höküməti 140 milyon dollar məbləğində maliyyə vəsaiti xərcləyib. Bu haqda məlumatı Meksika körfəzi Sahil Mühafizə Komandalığının admiralı Ted Allen verib. Bundan başqa Alen bilidirib ki, Britaniya şirkəti olan BP-nin əməkdaşları 72 saat ərzində ABŞ tarixində ən dəhşətli texnogen qəzanın aradan götürülməsi ilə bağlı yeni plan hazırlamalıdır.
ABŞ tədqiqatçılarının gəldiyi qənaətə görə, qəza nəticəsində dəniz sularına qarışan xam neftin miqdarı deyilən rəqəmlərdən 2 dəfə çoxdur. Amerikalı alimlərin sözlərinə görə, son həftə ərzində hər gün dənizə 40 min barel neft axıb. BP nümayəndələri isə bu rəqəmin 19 olduğunu xəbər vermişdilər. Ötən ay isə BP korporasiyasının mühəndisləri hər gün dənizə cəmi 5 min barel neftin axdığını demişdilər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: