Böyük Britaniyaya uzunmüddətli səfər üçün viza rüsumunun qiyməti 360 manatdan 955 manata qaldırılıb
05 May 2011 Cümə Axşamı 13:48
Bu gündən etibarən Azərbaycandan Böyük Britaniyaya səfər edənlər üçün viza rüsumunun miqdarı artırılıb.
APA-nın Bakıdakı Böyük Britaniya səfirliyindən əldə etdiyi məlumata görə, 5 may tarixindən başlayaraq bir sıra viza kateqoriyalarının ödəniş həcmi artırılıb. Bura uzun müddətli səfərlər, məskunlaşma, habelə points-based kimi tanınan səfər kateqoriyası daxildir. Qüvvəyə minən yeni qaydalara əsasən, qısa müddətli səfərlərə görə 103 manat viza rüsumu ödənildiyi halda uzun müddətli səfərlər üçün viza rüsumu qismində 360 manatdan 955 manata kimi ödəniş etmək lazım olacaq. Məskunlaşma vizasının dəyəri isə artıq 1102 manat təşkil edir. Viza rüsumlarının miqdarı Britaniya hökumətinin yeni tənzimləmə qaydaları çərçivəsində müəyyənləşib. anspress
DOSTLARINLA PAYLAŞ: