Böyük Britaniyanın səfəri Azərbaycanı tərk edir
16 Avqust 2011 Çərşənbə Axşamı 02:35
Yeni səfri Piter Beytman səlahiyyətlərinin icrasında sentyabrın sonunda başlayacaq
Avqustun 17-də Böyük Britaniya səfiri Karolin Braun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Azərbaycanı tərk edəcək. Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən AzərTAc-a məlumat veriblər ki, Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Piter Beytman səlahiyyətlərinin icrasına sentyabrın sonunda başlayacaq.

Piter Beytman 20 ildən çox Böyük Britaniyanın Xarici İşlər Nazirliyi sistemində, habelə müxtəlif beynəlxalq strukturlarda diplomatik vəzifələrdə işləyib. Azərbaycana səfir təyin edilməzdən əvvəl o, Lüksemburqda öz ölkəsini təmsil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar