Böyük Britaniya səfiri Naxçıvana səfər edəcək
11 Yanvar 2012 Çərşənbə 18:30
Böyük Britaniyanın Azərbaycandakı səfiri Piter Beytman gələn həftə Naxçıvan Muxtar Respublikasına səfər edəcək.
  APA-nın məlumatına görə, yanvarın 17-18-də baş tutacaq bu ziyarət Britaniya səfirinin Azərbaycan regionlarına ilk səfəri olacaq. Səfər zamanı Piter Beytman muxtar respublikanın rəhbəri Vasif Talıbovla danışıqlar aparacaq, habelə Azərbaycan XİN-in Naxçıvan nümayəndəliyində və Naxçıvan Dövlət Universitetində tələblərlə görüşlər keçirəcək. Piter Beytman Naxçıvan Dövlət Universitetində Britaniyada təhsil imkanlarına həsr olunmuş sessiyada iştirak edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar