Böyük azərbaycanlının xatirəsinə
10 Dekabr 2010 Cümə 11:50
Yaxınlarının və silahdaşlarının Heydər Əliyevlə bağlı xatirələri
Dekabrın 12-i ümumilli lider Heydər Əliyevin vəfatından 7 il keçir. ANS PRESS anım gününədək yaxınlarının və silahdaşlarının Heydər Əliyevlə bağlı xatirələrini oxucuları ilə bölüşür.
Azərbaycanın böyük oğlu Heydər Əliyev haqqında SSRİ Dövlət Təhlükəsizlik Komitəsi 9 saylı idarənin rəis müavini Mixail Titkovun xatirələri:
“Mənə onunla bir məktəbdə, Leninqrad DTK məktəbində bir yerdə oxumaq xoşbəxtliyi nəsib olub. Biz müxtəlif yaş hədlərində idik. O bura məndən xeyli əvvəl daxil olmuşdu. Məktəbdə bizə Heydər Əliyevin attestatını göstərdilər. Xidmət hazırlığı “5”, o “5”, bu “5”, “5”, “5” və s... və bizə dedilər: “əgər siz bundan sonra nəyəsə nail olmaq istəyirsinizsə, onda baxın görün ki, burada necə oxumaq laızmdır”. Bu mənim Heydər Əliyevlə tanışlığımın ilk addımlarıdır: attestatla bağlı...
Vaxt müxtəlif idi, biz ayrı-ayrı cığırlarla getdik. O, DTK orqanlarında general rütbəsində necə işləyirdi, mən də orqanlarda general rütbəsinə çatdım.
Bir halda ki, onun barəsində danışıram, onda bu insanda nəyi qeyd etmək istərdim? Ən çətin məqamlarda, məsələn, mənim vətənimdə baş verən faciəvi məqamlarda ən mərd insanı göndərirdilər. Bəxtimdən "Admiral Naximov" məhv olanda Qara dənizə getmişdim. O zaman hökumət komissiyasına o, rəhbərlik edirdi. Bundan sonra Volqada da bir faciə baş verdi, Ulyanovski paroxodunda. Ora da getdik. Bilirsiniz, komissiyanın sədri nə deməkdir? Məsuliyyəti öz üzərinə götürən adam. Biz sadə adamlar baxırdıq ki, orada cəsəd, burada cəsəd... Amma qərarı biz qəbul etmirdik, o qəbul edirdi. Özü də necə lazımdır. Yetimlə də, həlak olanla da necə rəftar etməyi bacarırdı. Və bu məndən ötrü müdrikliyin, böyüklüyün, dövlət rəhbərlərinin yox, müdrik bir insanın nümunəsi idi. Necə ki, biz öyrəşməmişik, ağsaqqal var, o hər şeyi başa düşür. O, həmin o ağsaqqal idi ki, var idi. O, qəza qurbanlarının qarşısından elə-belə keçmədi. Hər bir adam üçün söz tapırdı. Faciə səndən keçəndə xeyirxah söz tapmaq çətindir. Amma o tapdı, o dedi. O zaman mitinqlər, nümayişlər keçirtmək istəyirdilər. O gəlib soruşdu: “Nə olub?”. Hər kəsə yol tapdı... onlar sakitləşdilər.
Dövlət borcuna sadiq insan idi. Ona görə mənim onun haqqında ən xeyirxah və xoş təəssüratlarım var. Heydər Əliyev məni öyrətdi. Onda hələ mənə diplomu göstərəndə demişdilər ki, belə oxumaq lazımdır ki, öz işini yaxşı öyrənəsən... ondan da elə öyrəndik. Biz də Heydər Əliyevdən iş öyrəndik!”
***
Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinın Siyasi Bürosunun üzvü olarkən, onun qəbul otağının növbətçi məruzəçisi Camal Camalovun xatirələri:
“O, böyük diplomat idi. Hesab edirəm ki, Əliyevin böyüklüyü onda idi ki, o, həmin dövrdə Siyasi Büronun bütün üzvlərindən güclü idi. Həm politoloq kimi, həm də dövlət xadimi kimi. Mənə onu kiminləsə müqayisə etmək çətin gəlir. Ona görə ki, mənə o zamanlar Azərbaycanda işləyən bütün rəhbərləri görmək qismət olub. Hətta o zamanlarda SSRİ Mərkəzi Komitəsi və Nazirlər Sovetində işləyənlərlə müqayisə edəndə də bunu deyə bilərəm ki, ondan güclü xadim yox idi. Bu mənim şəxsi fikrimdir.
Sonuncu dəfə Heydər Əliyev öz kabinetində 1987-ci il, noyabr ayının 23-də oldu. Günorta saat 4 olardı, məni yanına çağırdı. 3-4 dəqiqə söhbət etdik. O mənə dedi ki, otur. Onun iş masası arxasında, qabaq qənşərdə oturdum. Bilirsiniz o mənə nə dedi?
“Mən bu qədər müddətə Siyasi Büronun üzvü olmuşam. Bunların indiki siyasətindən baş çıxara bilmədim. Mən bunlara nə etmişdim ki, mənə qarşı belə hərəkət etdilər”. Bu sözlər onun iş kabinetində 1987-ci il 23 noyabrda dediyi son sözlər oldu”.
DOSTLARINLA PAYLAŞ: