Boris Klimçuk: "Seçkinin baş tutmasını istəyirəm"
07 Fevral 2010 Bazar 14:20
Azərbaycanda olan Ukrayna vətəndaşları səsvermədə iştirak ediblər
Bu gün Ukraynda prezident seçkilərinin ikinci turu keçirilir. Azərbaycanda olan Ukrayna vətəndaşları da səsvermədə iştirak ediblər. Onlar Ukraynanın Azərbaycandakı səfirliyində təşkil olunmuş 3 saylı məntəqədə səs verirlər. Azərbaycanda 220 Ukrayna vətəndaşının səs verəcəyi gözlənilir. Qeydə alınmayanlar isə ölkəyə daxilolma tarixini və təyyarə biletlərini komissiya üzvlərinə təqdim etməklə səsverməyə qatıla bilərlər.

Qeyd edək ki, məntəqə axşam saat 20.00-dək fəaliyyət göstərəcək. Bülletenlər hesablandıqdan sonra sənədlər elektron poçtla, daha sonra isə təyyarə ilə Ukraynanın Xarici İşlər Nazirliyinə göndəriləcək.

Digər vətəndaşlar kimi Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuq da bu gün öz səsindən istifadə edib. Səfir ANS-ə müsahibəsindən bildirib ki, seçkinin baş tutmasını arzulayır: "Azərbaycan xalqına demək istəyirəm ki, kimin prezident seçiləcəyindən asılı olmayaraq, Ukraynanın xarici siyasətində Azərbaycana qarşı böyük dəyişikliklər baş verməyəcək." ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar