BMT Türkiyədə hicaba dəstək verdi
18 Avqust 2010 Çərşənbə 07:05
“Hicablı qadınların təhsil, iş, siyasi və ictimai həyatda yaşamasına mane olan bütün davranışlara son verilməlidir”.
BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Komitəsi (CEDAW) 2010-cu il hesabatında Türkiyədə hicab qadağasının ləğv olunmasını, buna riayət etməyənlərin isə cəzalandırılmasını tələb edib.

CEDAW 12-30 iyul tarixlərdə apardığı araşdırmalardan sonra rəsmi Ankara qarşısında bu tələbləri irəli sürüb: “Hicablı qadınların təhsil, iş, siyasi və ictimai həyatda yaşamasına mane olan bütün davranışlara son verilməlidir. Fərqli rəftar edənlər barəsində hüquqi addımlar atılmalı və problemin həllini təxirə salan bütün hərəkətlərdən əl çəkilməlidir”.

Qeyd edək ki, Türkiyə 1985-ci ildən bəri CEDAW-ın üzvüdür. Müqaviləyə görə, rəsmi Ankara qadınlara qarşı sadəcə hüquqi yox, əməli ayrı-seçkiliyin də aradan qaldırılması üçün məsuliyyət daşıyır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar