BMT Təhlükəsizlik Şurası Yəməndə vəziyyəti müzakirə edəcək
19 Aprel 2011 Çərşənbə Axşamı 11:51
Yəməndə isə etirazlar səngimir
BMT Təhlükəsizlik Şurası bu gün Yəməndə siyasi böhranı müzakirə edəcək. Bu qərar Yəməndə gərginliyin artması ilə əlaqədar çıxarılıb.
Qeyd edək ki, bundan əvvəl məhz BMT Təhlükəsizlik Şurasının iclasında hazırda NATO-nun aviazərbələrinə məruz qalan Liviyanın taleyi həll olunmuşdu.
Yəməndə prezident Əli Abdulla Salehin istefasını tələb edən etirazçılarla polis arasında toqquşmalar isə davam edir. Anti-hökumət nümayişlərinin başladığı vaxtdan bəri iki ay ərzində yüzdən çox adam ölüb.
DOSTLARINLA PAYLAŞ: