BMT Tarik Əzizin edamına qarşı çıxdı
28 Oktyabr 2010 Cümə Axşamı 02:35
“Biz ölüm hömünün icra edilməməsinə tərəfdarıq”.
BMT İraqın keçmiş baş naziri, Səddam Hüseynin yaxın silahdaşlarından olan Tarik Əziz barəsində çıxarılmış ölüm hökmünə qarşı çıxıb. Bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Martin Nesirki deyib. Onun sözlərinə görə, BMT-nin ölüm hökmləri ilə bağlı mövqeyi yaxşı məlumdur: “Biz ölüm hökmünə qarşıyıq. Başqa hallarda olduğu kimi bu dəfə də biz ölüm hömünün icra edilməməsinə tərəfdarıq”.
Xatırladaq ki, İranın Ali Cinayət Məhkəməsi Tarik Əzizi asılmaqla ölüm hökmünə məhkum edib. Hökmdən 30 gün ərzində şikayət verilə bilər. Qərarın qüvvəyə minməsi üçün İraqın Prezident Şurasının razılığı lazımdır.
Rusiya, Avropa Birliyi, Vatikan və bir sıra digər dövlət və təşkilatlar İraq hökumətinə müraciət edərək, Tarik Əzizə qarşı ölüm hökmünü icra olunmamasına çağırıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: