BMT Suriya ilə bağlı yeni qətnamə qəbul edib
16 May 2013 Cümə Axşamı 04:33
Pan Gi Mun tərəfindən səlahiyyət verilmiş qrup Suriyaya getməyə hazırdır.
BMT-nin Baş Assambleyası Suriya hökumətini ölkədə gedən müharibəni qızışdırdığına görə qınayan və müxalif Suriya Milli Koalisiyasına siyasi keçid dövrünün potensial partiyası kimi dəstəkləyən qətnaməyə səs verib.

ANS PRESS-in "Amerikanın səsi" radiosuna istinadən verdiyi məlumata görə, Qətərin təqdim etdiyi qeyri-icbari qətnamə 107 lehinə, 12 əleyhinə və 59 bitərəf səslə qəbul edilib. Bu, keçən illə müqayisədə Baş Assambleyada eyni qətnaməyə verilən dəstəkdən daha azdır.

Qətnamədə Suriyadan kimyəvi silahlardan istifadə edilib-edilmədiyini yoxlamaq üçün BMT-nin təftiş komissiyasının üzvlərinin ölkəyə girişinə imkan verməsi tələb edilir. BMT-nin Baş katibi Pan Gi Mun tərəfindən səlahiyyət verilmiş qrup Suriyaya getməyə hazırdır. Lakin Suriya hökuməti onların ölkəyə daxil olmasına icazə vermir.

Xatırladaq ki, ABŞ Dövlət katibi Con Kerri və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov İsveçdə birgə mətbuat konfransında Cenevrədə iyun ayında Suriyaya dair sülh konfransının baş tutacağına böyük ümid bəslədiklərini bildiriblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar