BMT Qarabağla bağlı iki qətnamə müzakirə edəcək
20 May 2010 Cümə Axşamı 13:15
Müzakirələr 64 və 65-ci sessiyalar çərçivəsində aparılacaq.
Dağlıq Qarabağ üzrə qətnamə layihəsi BMT Baş Assembleyasının 64-cü və hətta növbəti 65-ci sessiyasının gündəliyində qalacaq. Bu barədə BMT İnformasiya Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, BMT Baş Assambleyasının 65-ci sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki məsələyə baxılacaq. Bunlardan biri “GUAM məkanında həlli uzadılan münaqişələr, onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri” (34 saylı məsələ), digəri isə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” (39 saylı məsələ) adlı qətnamə layihələridir.

BMT İnformasiya Mərkəzi bildirir ki, bu məsələlərə 64-cü sessiyada hələ baxılmayıb və onlar gündəlikdə durur. Onların 65-ci sessiyanın ilkin gündəliyinə salınması 64-cü sessiyada qəbul olunacaq qərarlardan asılıdır.

İnformasiya Mərkəzi qeyd edir ki, qətnamə layihələrinin Baş Assambleyada müzakirəsinin dəqiq tarixi sentyabrın axırlarında məlum olacaq.

BMT-nin Avrasiya ölkələri üzrə eksperti Robert Katler qeyd edib ki, BMT bu vaxtadək Qafqaz regionunda həlli uzadılan münaqişələrin nizamlanmasına real töhfə verə bilməyib: “Bunu BMT-nin uğursuzluğu kimi qiymətləndirmək mühüm deyil, amma bu faktdır”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar