BMT Ermənistanı aclıq səviyyəsinin yüksək ölkələr sırasına daxil edib
08 İyul 2011 Cümə 17:05
Bu barədə BMT-nin yenicə açıqlanmış “Millennium Developments Goals - 2011” məruzəsində deyilir.
Ermənistan əhalisinin 34%-ə qədəri yetərincə qidalanmaq imkanından məhrumdur. Bu barədə BMT-nin yenicə açıqlanmış “Millennium Developments Goals - 2011” məruzəsində deyilir.
BMT ekspertlərinin dünya ölkələri üçün tərtib etdikləri “Yoxsulluq və qida” reytinqində Ermənistan əhalisi aclıq səviyyəsinin yüksək (25-34%) səviyyədə olduğu ölkələr sırasına daxil edilib. BMT məruzəsində Azərbaycanın analoji xəritədə yeri isə qida probleminin çox aşağı səviyyədə (5%) olduğu dövlətlər sırasına aid edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: