BMT Bakını “A” dərəcəli xidmət yeri kimi təyin edib
13 İyul 2010 Çərşənbə Axşamı 17:05
Qurum Bakıda yaşayış şəraitinin sürətlə yaxşılaşmasını nəzərə alaraq belə qərar verib.
Bakıda yaşayış şəraitinin sürətlə yaxşılaşmasını qəbul edərək, Birləşmiş Millətlər Təşkilatı Bakını öz təsnifatında cari ilin 1 iyul tarixindən “A” dərəcəli xidmət yeri kimi təyin etmək qərarına gəlib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verilən xəbərə görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyindən XİN-ə məlumat daxil olub.

Qeyd edək ki, BMT sistemində xidməti yerlərin təsnifatı “A”-dan “E”-ə kimi sıralanır və bu yerlərə ezam olunmuş BMT-nin beynəlxalq heyət üzvlərinə yaşayış üçün bəzi münasib şərtlərin olmamasının qarşılığı müqabilində əlverişsiz şəraitə görə əlavə ödəmə həyata keçirilir. “A” kateqoriyasına daxil olan xidməti yerlər yaxşı yaşayış şəraitinə malik yerlər hesab olunduğundan əlavə ödəmə nəzərdə tutulmur. Sıralanmanın əks tərəfində isə Kabul, Peşavar, Harare və Moqadişi kimi çətin şəraiti olan “E” kateqoriyalı xidmət yerləri durur.

Azərbaycanın qonşu ölkələrinə nəzər salınsa, BMT-in fəaliyyət göstərdiyi əsas şəhərlərin hazırkı sıralanması aşağıdakı kimidir:

Bakı, Ankara, İstanbul, Moskva: A

Tehran, İrəvan: B

Aşqabad, Tiflis: D

ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar