BMT Azərbaycan hökumətinə minnətdarlıq edib
01 Sentyabr 2010 Çərşənbə 11:25
Birləşmiş Millətlər Təşkilatı Azərbaycan hökumətinə Haitidə baş vermiş zəlzələ ilə əlaqədar Haiti Təcili Yardım Fonduna ayırdığı 500 000 min ABŞ dolları məbləğində maliyyə yardımına görə minnətdarlıq edib.
Bu barədə APA-ya XİN-in mətbuat xidmətindən məlumat verilib.
Haiti Təcili Yardım Fondu hər hansı bir qarşısıalınmaz fövqəladə hadisələr zamanı ölkədə fəaliyyət göstərən təşkilatlar və agentliklərə çevik şəkildə maliyyə yardımı göstərən birləşmiş fonddur. Zəlzələ ilə əlaqədar fonda 82 milyon ABŞ dolları həcmində maliyyə yardımı daxil olub. Həmin məbləğin 65 milyon dolları insan həyatının xilas edilməsi əməliyyatlarında istifadə edilib. APA
DOSTLARINLA PAYLAŞ: