Biz Liviyada atəşin dayandırılmasının tərəfdarıyıq
30 Mart 2011 Çərşənbə 16:14
Sergey Laarov Liviyada tərəfləri danışıqlara başlamağa çağırıb
Liviyada atəşin dayandırılması və dərhal danışıqların başlaması orada vəziyyətin nizamlanması üçün prioritet tapşırıq sayılır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bunu bəyan edib.
O, Liviyada tərəfləri daxili-siyasi dialoqa başlamaq üçün bütün cəhdləri görməyə çağırıb. Liviyada islahatların vaxtının çatdığını deyən Sergey Lavrov orada dövləti Liviyalıların qərara almalı olduğunu qeyd edib. O, Moskvanın Liviyadakı vəziyyətin güc yolu ilə inkişafından narahat olduğunu və hərbi əməliyyatın bəzi iştirakçılarının Qəddafi rejiminin qüvvələrinə qarşı vuruşan üsyançıları silahla təmin etmək niyyəti ilə qətiyyət razılaşmadığını bildirib.
«Bu yaxınlarda Fransanın xarici işlər naziri bildirmişdi ki, koalisiyadakı müttəfiqlərlə Liviya müxalifətinə silah çatdırılmasını müzakirə etməyə hazırdır. Eyni zamanda NATO baş katibi Rasmussen isə bəyan edib ki, Liviyada əməliyyat sakinlərin silahlanması deyil, onların müdafiəsi üçün keçirilir. Biz bu məsələdə NATO baş katibi ilə tamamilə razıyıq.»-Sergey Lavrov keçirdiyi mətbuat konfransında belə deyib.
DOSTLARINLA PAYLAŞ: