Biz investisiyaları avtomobil yolları, energetika və infrastruktura yatırmalıyıq
22 Noyabr 2011 Çərşənbə Axşamı 18:34
Bu barədə parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Azərbaycanın gələcəyi real sektorun inkişafı ilə bağlıdır və 2012-ci ilin dövlət büdcəsinin parametrlərində bu məsələ əksini tapıb. Bu barədə parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə gələn ilin büdcə layihəsinin müzakirəsi zamanı bəyan edib.

“Son 3 il ərzində Azərbaycanın dövlət büdcəsinin xərcləri 44% artıb. Bu bizim qarşımızda, hər şeydən əvvəl infrastrukturun yaxşılaşdırılmasına investisiya qoyuluşları kimi yeni imkanlar açır. Azərbaycanın gələcəyi real sektorun inkişafı ilə bağlıdır və gələn ilin büdcəsi prioritet məsələlər nəzərə alınmaqla tərtib edilib”, - deyə Z.Səmədzadə bildirib.

Onun sözlərinə görə, bir çoxları tez-tez dövlət kapital qoyuluşlarının həcmlərini artırdığına görə hökuməti tənqid edirlər. “Mən hesab edirəm ki, biz investisiyaları avtomobil yolları, energetika, irriqasiya da daxil olmaqla infrastrukturun yaxşılaşdırılmasına yatırmalıyıq. Biz gələcəkdə dövlət büdcəsinin gəlirlərinin artırılması üçün bünövrə qoymalıyıq”, - deyə o qeyd edib.

Z.Səmədzadə vurğulayıb ki, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinin qeyri-neft gəlirləri yüksək templərlə artır. “Bu gün könüllü vergi ödənişinin səviyyəsi 68-70% təşkil edir, bir neçə il əvvəl biz bunu yalnız arzu edə bilirdik”, - deyə komitənin sədri əlavə edib.

Eyni zamanda, o qeyd edib ki, 2012-ci ilin dövlət büdcəsi layihəsi Azərbaycan prezidentinin müəyyən etdiyi bütün məsələləri yerinə yetirməyə imkan verir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar