Binə və Sədərəkdəki sahibkarlara 1 il vaxt verildi
22 Yanvar 2013 Çərşənbə Axşamı 14:54
Nazir müavini: "Bu ticarət mərkəzlərinin vergiqoyma məsələsi bu il həll edilməlidir"
"Binə" və "Sədərək" ticarət mərkəzlərinin sahibləri bu il ərzində hər iki mərkəzdə işləyən sahibkarlardan vergi tutulması ilə bağlı bütün məsələləri həll etməlidirlər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı vergilər nazirinin birinci müavini Natiq Əmirov mətbuat konfransında deyib.
"Ötən il bu ticarət mərkəzlərinin sahibləri ilə görüşlər keçirdik və onlara bu məsələlərin həll edilməsi üçün daha bir il verdik. Orada işləyən bəzi sahibkarlar hesab edirlər ki, onların ödəməli olduqları vergilər obyektin icarə dəyərinə daxildir. Bu, qanunsuzdur və daha çox sahibkarların günahıdır. Sahibkarlar onlara vergiqoyma məsələlərini yaxşı izah etməyiblər", - Əmirov qeyd edib.
Onun sözlərinə görə, bu ticarət mərkəzlərində kassa aparatlarının quraşdırılmasına ötən il başlanıb, mərkəzlərin ərazisində nazirliyin servis məntəqələri işləyir. Nazir müavini qeyd edib ki, 2013-cü ildə bütün topdansatış məntəqələrində kassa aparatlarının quraşdırılması prosesi başa çatacaq.
"Aparatların quraşdırılması prosesi davam edir və onlar lazım olan hər yerdə quraşdırılacaq. Bu proses artıq 95 faiz yerinə yetirilib", - Əmirov vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: