bin Ladenin cəsədi Şimali Ərəb dənizinə atılıb
03 May 2011 Çərşənbə Axşamı 03:24
Bu iddianı doğrulayan görüntülər ictimaiyyətə təqdim oluna bilər

“Üsamə bin Ladenin cəsədinin dənizə buraxılmasına dair görüntülər bu yaxınarda ictmaiyyətə təqdim oluna bilər”. ANS PRESS “Cihan”a istinadən xəbər verir ki, bu barədə məlumatı naməlum bir Pentaqon rəsmisi yayıb. Pentaqon rəsmisi bin Ladenin cəsədinin Şimali Ərəb dənizinə buraxıldığını, bundan əvvəl isə fotoşəkillərinin çəkildiyini, bu şəkillərin yaxın vaxtlarda yayıla biləcəyini deyib.

Üsamə bin Ladenin öldürüldüyü atışmanın çəkilib çəkilmədiyi barədə isə hələlik məlumat verilməyib.

Xatırladaq ki, Vaşinqton rəsmiləri qəbrinin ziyarətgaha çevrilməməsi üçün Üsamə bin Ladenin cəsədinin dənzdə basdırıldığını açıqlamışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar