Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisinin qapısı qıfıllandı
21 İyul 2010 Çərşənbə 14:50
QAT təşkilatın Bakıdakı ofisi qarşısında aksiya keçirib.
Bu gün Qarabağ Azadlıq Təşkilatı (QAT) Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakıdakı ofisinin qarşısında aaksiya keçirib. ANS TV-nin məlumatına görə, aksiya iştirakçıları Azərbaycan Ordusunun əsgəri Mübariz İbrahimovun meyitinin qaytarılmamasına etiraz edbilər. Aksiya iştorakçıları BQXK nümayəndələrini fəaliyyətsizlikdə ittiham ediblər.
Onların sözlərinə görə, Qızıl Xaç Komitəsi öz işini düzgün aparmadığı üçün fəaliyyətini dayandırmalı və ölkə ərazisini tərk etməlidir. Təşkilat üzvləri bu məqsədlə gətirdikləri zəncirlə komitənin qapısını bağlayıb və qıfılın açarını tullayıblar.
Eyni zamanda aksiyada “Ya Qarabağ, ya ölüm!”, “Rədd olsun Qızıl Xaç” kimi şüarlar səsləndirilib.
“Bu zənciri bura bağlamaqda məqsədimiz Azərbacan əsgərinin meyitinin tezliklə ölkəmizə qaytarılmasını tələb etməkdir", deyə aksiyada iştirak edən QAT sədrinin müavini Gültəkin Quliyeva bildirib.
“Biz keçən dəfə də, etirazımızı bildirdik. Ancaq buna baxmayaraq onlar heç bir iş görmədilər. Görmək də istəmirlər. Belə çıxır ki, həmin bu Qızıl Xaç KOmitəsi ermənilərin nazı ilə oynayır və heç bir iş görmək istəmir”, - deyə G. Quliyteva əlavə edib.
QAT sədrinin müavininin sözlərinə görə, Qızıl Xaç Komitəsi Azərbaycanda fəaliyyətini dayandırmalıdır: "BQXK-nın missiyası şəhid və əsir düşənlərin qaytarlmasıdır. Bir aydan artıq vaxt keçməsinə baxmayaraq, hələ də bizim şəhidimizin meyiti Ermənistan ərazisindədir. Əgər Qızıl Xaç Komitəsi öz funksiyasını yerinə yetirə bilmirsə, çox yaxşı olar ki, fəaliyyətini dayandırsın”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: