Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycanla bağlı hesabat hazırlayıb
16 Noyabr 2009 Bazar Ertəsi 11:30
Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycanla bağlı hesabat hazırlayıb. Qiymətləndirmə hesabatı artıq Dövlət Miqrasiya Xidmətinə daxil olub.
Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycanla bağlı qiymətləndirmə hesabatını hazırlayıb.
Bu barədə ANS PRESS-ə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin hüquq şöbəsinin məsləhətçisi Cəmil Hüseynov məlumat verib. O bildirib ki, sənəd artıq Dövlət Miqrasiya Xidmətinə daxil olub. Sənəddə hansı məsələlərin yer alması barədə məlumatsız olduğunu deyən C. Hüseynov sənəd üzərində iş aparıldığını vurğulayıb: “Hazırda həmin sənəd öyrənilir və araşdırılır. Miqrasiya ilə bağlı məsələdə diqqətli olmaq lazımdır”.
C.Hüseynov qeyd edib ki, qiymətləndirmə hesabatı 2008-ci ilin noyabr ayınadək olan müddəti əhatə edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: