Bəyannamənin qəbulu ortaq uğurumuzdur
03 Dekabr 2010 Cümə 00:45
Çeziya nümayəndəsi: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə nail olmaq lazımdır”
“ATƏT-in 11 imlik fasilədən sonra Astanada keçirilən sammitində yekun qətnamə qəbul edilib”. Bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan edib. O, iştirakçılara məhsuldar fəaliyyətə görə iştirakçılara təşəkkür edib: “Bu hadisə bizim təşkilatımızın həyatında yeni mərhələ açır. Bu bizim ortaq, mahiyyətcə tarixi uğurumuzdur və xalqlarımızın daha təhlükəsiz dünya ümidlərinə cavab verir. Səmimi qəlbdən mizit bu hadisə münasibətilə təbrik edirəm”.

Nursultan Nazabayev əmin olduğunu bildirib ki, Astana bəyannaməsi Avroatlantik və Avrasiya təhlükəsizliyi birliyinin qurulmasına start verəcək.

ABŞ və Avropa Birliyinin təmilçiləri isə ATƏT-in fəaliyyət Planının təsdiqlənməməsini təəssüflə qarşılayırlar. Çexiya nümayəndəsi bildirib ki, uzun sürən münaqişələr ATƏT-in fəaliyyətində böyük əhəmiyyət daşıyırlar: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə nail olmaq lazımdır. Ümumiyyətlə, uzun sürət münaqişələr ATƏT-in başlıca prioritetləri olmalıdır”.

Moldovanın nümayəndəsi də bu mövqe ilə razılaşır. O hesab edir ki, Dnestryanı ilə bağlı danışıqlar bərpa olunmalı və Rusiya qoşunları Moldova ərazisindən dərhal çıxarılmalıdır.

Rusiya tərəfi isə sammitin təşkilinə görə minnətdarlıtğını bildirib və fəaliyyət Planı ilə bağlı konsensusun əldə olunmamasından təəssülənib. “Kompromis bəzi iştirakçıların siyasiləşməsi üzündən baş tutmayıb” - deyə Rusiya nümayəndəsi bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar