Bəşəriyyətin sonunun vaxtı müəyyənləşib
04 Yanvar 2012 Çərşənbə 14:44
Ən azı milyard il gözləməliyik.
Dünyanın sonu - dəbli mövzudur. Bu sahədə müxtəlif ölkələrin öncəgörənlərinin ilbəil yeni rəqəmləri planetin əhalisini qorxuya salır. Bu gün isə yeni tarix haqda Tuluza və Monreal universitetlərinin aliməri xəbər veriblər. Universitet alimləri Kelper kosmik teleskopu sayəsində əldə etdikləri məlumatlara əsasən yeni məlumatlar açıqlayıblar.
Tədqiqatçılar hesablayıblar ki, planetimiz təxminən 5 milyard il sonra öləcək. Yerin ölümü isə Günəşlə əsaslandırılır. Belə ki, alimlər hesab edirlər ki, Günəş “sarı cırtdandan” “qırımzı nəhəngə” çevirləcək və Yeri yandıracaq. Bu, artıq dünya tarixində ilk olacaq hadisə deyil. Bu, alimlərin digər planetləri müşahidə edərkən gəldikləri qənaətdir.
Mütəxəssislər düşünür ki, 5 milyard il başqa planetdə yaşayış salmaq üçün kifayət edər. Mayya təqvimində qeyd edilən 2012-ci il 21 dekabr tarixində dünyanın sonu olacaq proqnozlar isə tamamilə yalnışdır.
Dünyanın “sonu” ilə bağlı digər versiya: karbon qazı yox olacaq
Bəşəriyyət sonu haqda digər ssenarini isə Caltech Kaliforniya texniki institutunun alimləri bildiriblər.
Universitetin alimləri hesablayıblar ki, təxminən 100 milyon il və ya ən yaxşı halda 1 milyard il sonra Yer üzündə karbon qazı- CO2 yox dərəcəsinə çatacaq. Bu isə o deməkdir ki, bitkilər boğulacaq və öləcəklər, onların ardınca isə bütün canlılar məhv olacaq.
Yerin tarixində karbon qazının atmosferdə səviyyəsi aşağı düşməsi halı dəfələrlə olub. Elə indi də karbon qazının qatılılığı atmosferdə milyard il bundan öncəkinin azacıq hissəsini təşkil edir.
Amerikalı alimlər əmindirlər ki, karbon qazının böyük hissəsini yerin qabığında olan silikatlar çəkir. Onlar karbonu Yerin təkində saxlamaqla atmosferdən çəkib, bikarbonatlara çevirirlər. Əgər belə davam etsə, milyard il sonra Yer üzündə fotosintez prosesi dayanacaq.
DOSTLARINLA PAYLAŞ: