Bəşər Əsəd tezliklə ata olacaq
23 Noyabr 2012 Cümə 15:22
Əsma Əsədin 5 aylıq hamilə olduğu iddia edilir
Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin 5 aylıq hamilə olduğu iddia edilir. Bunu “Sky News”un ərəb dilində olan televiziyası Bəşər Əsəd tərəfdarlarının “Facebook”da yaratdığı “Syrian Youth News” qrupuna istinadla yayıb.
Bu məlumatı yayan mənbə bildirir ki, xəbər hələlik Suriya ictimaiyyəti tərəfindən təsdiqlənməyib.
Əsma Əsəd sonuncu dəfə ictimaiyyətdə oktyabrın 5-də Suriya telekanallarının birində görünüb. Bəşər Əsəd və həyat yoldaşı öz ailəsilə birgə isə son dəfə yanvar ayında paytaxt Dəməşqdə görüntüləri yayımlanmışdı.
DOSTLARINLA PAYLAŞ: